Britaniyada son sutkada koronavirusdan 173 nəfər vəfat edib

  • By admin
  • 19 İyun 2020 19:58

Britaniyada son sutkada yeni növ koronavirusdan 173 nəfər vəfat edib. 

Gununsesi.org-un Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bu ölkədə indiyədək koronavirusdan ölənlərin ümumi sayı 42461-ə çatıb. Ölkədə bu günədək 301815 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Gununsesi.org