Britaniyadan Ukrayna QƏRARI: 3 il müddətinə...

  • By admin
  • 13 Mart 2022 11:01

Böyük Britaniya hökuməti “Ukrayna üçün evlər” proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək sadə britaniyalı ailələrə ayda 350 funt sterlinq ödəyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Ukrayna üçün evlər” proqramına əsasən, ukraynalıları minimum 6 ay pulsuz mənzillə təmin edən britaniyalılar nə qədər qaçqın qəbul etməsindən asılı olmayaraq, “təşəkkür” ödənişi olaraq ayda 350 funt sterlinq alacaqlar.

Bununla əlaqədar olaraq ukraynalı qaçqınlara Böyük Britaniyada 3 il qalmaq və işləmək, dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.

Həmçinin, bu gün ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirə biləcəkləri sayt fəaliyyətə başlayacaq. Bütün ukraynalılar təhlükəsizlik yoxlamasından keçməlidirlər.

Eyni zamanda, təhlükəsizlik rəsmiləri artıq viza rejiminin yumşaldılmasından narahat olduqlarını bildiriblər.