
Rusiyada səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Boris Conson rusiyalı həmkarı Sergey Lavrova atmaca atıb.
Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, rusiyalı həmkarı Sergey Lavrova olan inam və etimaddan danışan britaniyalı nazir deyib ki, danışıqlardan öncə paltosunu, əlcəyini və içərisindəki hər şeylə birlikdə Lavrova verib:
“Mən sizə deyim ki, bura gələn kimi mən paltomu, əlcəyi və ciblərindəki bütün şeylərlə birlikdə verdim, bax, bu mənim Lavrova olan etimadımın göstəricisidir. Mən bilirdim ki, o paltoma və onun içindəkilərini qoruyacaq və heç bir hadisə baş verməyəcək”.
Lavrov da buna cavab olaraq zarafatla bildirib ki, onun ciblərində heç nə yox idi. Conson isə soruşdu: “Siz artıq ciblərimi axtarmısınız?”.
https://www.youtube.com/watch?time_continue=2&v=_nR6PFb5Qh4
Gununsesi.info












