Brüsseldə terrora cəhd edilib

  • By admin
  • 21 İyun 2017 11:09

get_img

Brüsselin Mərkəzi Vağzalından insanları evakuasiya ediblər.  

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb terror təhlükəsi olub.

Beləki,  kürəyində bel  çantası və partladıcı kəməri olan  naməlun şəxs Mərkəzi Vağzalda güllələnərək öldürülüb.

Hazırda Brüsselin əsas binaları əsgəri qüvvələr tərəfindən mühafizə edilir.

Şahidlər bildirirlər ki, hadisə baş verərkən  daha çox turistin olduğu  bu ərazi qələbəlik  olub.

“Het Laatste Nieuws” qəzeti isə kiçik partlayışdan əvvəl bir nəfərin “Allahu-Əkbər” qışqırdığını yazıb.

Səsə gələn polislər  şübhəlinin  geyiminin  altından partladıcı qurğunun naqillərini çıxdığını görüb ona atəş açıblar.

Polisin bildirdiyinə  görə,  partlayıcı qurğu  bir nəfərin üstündə  olub: “Həmin şəxs polis tərəfindən güllələnib”.

Belçikanın federal prokuroru Erik Van Der Sypt isə yerli mətbuata açıqlamasında  Brüsselin Mərkəzi vağzalında baş vermiş insidenti “terror hadisəsi”  adlandırıb.

Antiterror polisi isə şübhəlinin təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info