“Xankəndidəki Nənə və Baba abidəsinin xüsusi tarixi dəyəri yoxdur. Sənətkarlıq nümunəsi də deyil”.
Gununsesi.info xəbər verir ki, bunu Müsavat Partiyası liderlərindən olan Arif Hacılı deyib.

Onun sözlərinə görə, qələbənin ilk günlərində erməni separatçılarının simvol kimi təqdim etdiyi bu abidənin önündə milli bayrağımızla yayılan görüntülərin, fotoların anlamı var idi.
“Amma indi, üzərindən illər keçdikdən sonra turist şirkətlərinin bu abidəni Qarabağın görməli yerlər siyahısına daxil etməsinin,
Xankəndiyə səfər edənlərin yenə də burada şəkil çəkdirib paylaşmasının anlamı nədir?
Məncə separatizmin bütün simvolları kimi Nənə və Baba abidəsi də diqqət mərkəzindən kənarlaşdırılıb tarixin arxivinə göndərilməlidir.
Bu günlərdə Yessentukidə bu abidənin balaca kopiyasının açılışı olub.
Nə deyə bilərik, öz işləridir.
Əsas odur ki, bizdən uzaq olsunlar”.
Firuzə Mahmudova
Gununsesi.info












