Bu ay Suriyada 75 dinc sakin həlak olub

  • By admin
  • 23 Noyabr 2019 16:46

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, zərbələr nəticəsində 5 dinc sakin həlak olub. Qeyd edilir ki, Suriyanın şimal-qərbində daha əvvəl atılmış təyyarə bombalarının partlaması nəticəsində daha 3 dinc sakin ölüb.

Rusiya aviasiyası həmçinin Kefrenbil şəhərinə və Sedje qəsəbəsinə də zərbələr endirib.

Məlumata görə, son ayda Suriyanın şimal-qərbinin atəşə tutulması nəticəsində ümumilikdə 75 dinc sakin həlak olub. Onlar arasında 13 uşaq da var.

Gununsesi.org