Bu da oldu –  3 kişi rəsmi nikaha girdi

  • By admin
  • 14 İyun 2017 20:58

123429_no37t2nlow

 

Ötən il eynicinslilərin nikahının qanuniləşdirildiyi Kolumbiyada qeyri-adi hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilk dəfə bu ölkədə 3 kişi rəsmi nikaha girib.

Onlardan biri aktyor Viktor Hyuqo Prada, biri idmançı Con Aleksandro Rodriqez, biri isə Manuel Xose Bermudesdir. Viktor Con və Manuellə çoxdan birlikdə olduğunu bildirib.

“Çoxdan idi ki, görüşürdük, lakin ailəmizi hüquqi planda təsdiqlətmək istəyirdik. Əvvəllər biz qalan ailələr kimi hüquqlardan istifadə etməmişik”.

Vəkil Rinkon Perfettinin sözlərinə görə, bu cür cütlüklər Kolumbiyada çoxluq təşkil eir. Lakin hüquqi cəhətdən bu üçlük rəsmi nikaha girməklə ilkə imza atıb.

 

 

Gununsesi.info