
Su mühərriki oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərdən birindən su mühərriki oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Eşqin Qurbanov tutulub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində 4 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici, 1 evin həyətindən isə su mühərriki və 5 ev quşu oğurlaması da müəyyən edilib.
Anar
Gununsesi.info









