Bu gün Almaniyada parlament seçkiləri keçirilir

  • By admin
  • 24 Sentyabr 2017 10:10

img1124262

Hazırda Almaniyada parlament seçkiləri keçiriləcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8.00-da başlanıb. Səsvermə saat 18.00-da başa çatacaq.

Seçkidə 42 partiya 61,2 milyon seçicinin səsi uğrunda mübarizə aparacaq. Sosioloji rəy sorğularına əsasən hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 36-37 faiz Sosial Demokrat Partiyası 20-23 faiz, Almaniya üçün Alternativ Partiyası 9-12 faiz, Azad Demokratik Partiya 9-11 faiz, Sol Partiya 8,5-11 faiz, Yaşıllar Partiyası 7-8 faiz səs toplayacaq.

Gununsesi.info