Bu gün ard-arda üç astronomik hadisə baş verəcək

  • By admin
  • 26 May 2021 09:21

Bu gün üç astronomik hadisə baş verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Moskva planetariyası məlumat yayıb.

Məlumata görə, ilk olaraq “Super Ay” hadisəsi müşahidə olunacaq: Səhər tezdən Ay Yerə maksimum səviyyədə yaxınlaşacaq.

İkincisi – Tünd Qırmızı Ay tutulması olacaq.

Üçüncüsü – Tam Ay tutulması baş verəcək.

Kosmik hadisələr Moskva vaxtı ilə saat 14.19 (Bakı vaxtı ilə 15.19) üçün proqnozlaşdırılıb.

Qeyd edək ki, sözügedən astronomik hadisələr 12 ildən bir üst-üstə düşür.

O da vurğulanıb ki, Qırmızı Ay tutulması zamanı Yerin təbii peykini mavi “tac” əhatə edə bilər.

Elm adamlarının sözlərinə görə, Ayın görünüşünə atmosfer ozonu təsir edəcək. Çünki Ay Yerin şimal yarımkürəsində ozon qatından keçən Günəş şüaları ilə işıqlanacaq. Əgər belə olarsa, Ayın üst hissəsi yüngülcə mavi rəngə çalacaq.

Gununsesi.info