Bu gün Bakının bu ərazisində su kəsiləcək

  • By admin
  • 09 Mart 2018 11:24

Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar bu gün 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Gununsesi.info-ya “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verirlib.

Məlumatda bildirir ki, yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info