Bu gün Binəli Yıldırım və Mövlut Çavuşoğlu Azərbaycana gəlir

  • By admin
  • 14 Mart 2018 10:42
Bu gün günorta saatlarında Türkiyənin Baş naziri Binəli Yıldırım  Azərbaycana səfər edəcək.
 Bu barədə  Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Həmid Qaradəniz məlumat verib.
 Onun sözlərinə görə, günün ikinci yarısında  saat 18.00-da Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da  Azərbaycana  gələcək.
 Baş nazir Binəli Yıldırım  bu gün və sabah  Bakıda preizdent İlham Əliyevlə  Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşəcək.  Baş nazir eyni zamanda  Bakıda işinə başlayacaq  6-cı Qlobal Bakı Forumun açılış mərasimində iştirak edəcək. Martın 15-də günün ikinci yarısında  Türkiyəyə geri dönəcək.
 Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu sabah Bakıda  Azərbaycan-Türkiyə-İran-Gürcüstan XİN başçılarının dörtərəfli formatda keçirilən toplantısında və 6-cı Qlobal Bakı Forumun açılış mərasimində iştirak edəcək. Çavuşoğlu da  sabah günün ikinci yarısında Türkiyəyə geri dönəcək.
Mürtəza
Gununsesi.info