Bu gün Çempionlar Liqasında IV turun ilk oyunları keçiriləcək

  • Müəllif: admin
  • 01 Noyabr 2016 08:09

uefa-1

Bu gün Çempionlar Liqasının qrup mərhələsində  IV turun ilk oyunları keçiriləcək.

Gununsesi.info məlumat verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarındakı komandalar meydana çıxacaqlar.

İstanbulun “Beşiktaş” klubu öz meydanında İtaliyanın  “Napoli” klubunu qəbul edəcək. Şenol Günəşin komandası 3-cü turda gözlənilmədən Neapoldan 3 xalla qayıdıb – 3:2.  Qeyd edək ki, “Beşiktaş”-“Napoli” matçı digər oyunlardan fərqli olaraq Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Turun mərkəzi matçı  İngiltərədə keçiriləcək. “Mançester Siti” “Barselona”nı qəbul edəcək. Xatırladaq ki, “Kamp nou”-da keçirilən görüşdə kataloniyalılar Pep Qvardiolanın komandasını 4:0 hesabı ilə darmadağın edib.

1 noyabr

Çempionlar Liqası, qrup mərhələsi

A qrupu

23:45. “Bazel” (İsveçrə) – PSJ (Fransa)

23:45. “Ludoqorets” (Bolqarıstan) – “Arsenal” (İngiltərə)

B qrupu

21:45 “Beşiktaş” (Türkiyə) – “Napoli” (İtaliya)

23:45. “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

C qrupu

23:45. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Seltik” (Şotlandiya)

23:45. “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya)

D qrupu

23:45. “Atletiko” (Madrid, İspaniya) – “Rostov” (Rusiya)

23:45. PSV (Hollandiya) – “Bavariya” (Almaniya)

Gununsesi.info