NATO-nun Ankarada keçirilən sammitinin iştirakçıları bu gün İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.
Gununsesi.info xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə plenar sessiyanın başlamazdan əvvəl jurnalistlərə açıqlama verib.
“Bu gün biz İran məsələsini müzakirə edəcəyik. İran heç vaxt nüvə silahına malik olmamalıdır. Mən gözləyirəm ki, bu gün müttəfiqlər İranın Hörmüz boğazını tamamilə açmalı olduğunu təsdiq edəcəklər”, – deyə Rütte bildirib.
O qeyd edib ki, NATO İranla bağlı son zərbələri tamamilə zəruri hesab edir:
“Gəmilərin hədəfə alınmasından sonra Amerikanın müvafiq reaksiya verməsi məncə, olduqca vacibdir”.
Baş katib həmçinin Hörmüz boğazının gəmiçilik üçün açıq qalmasının əhəmiyyətini diqqətə çatdırıb.
Xatırladaq ki, bundan öncə – 8 iyul tarixində ABŞ rəhbərliyi Tehranın Hörmüz boğazında rəsmi icazə olmayan istiqamətlərdən hərəkətə cəhd göstərən tankerlərə hücumlarına cavab məqsədilə İrana qarşı bir sıra yeni zərbələr endirdiyini bəyan etmişdi.











