Bu gün Moskvanın hava limanlarında 80-dən çox aviareys ləğv edilib

  • By admin
  • 01 Yanvar 2022 18:20

Bu gün Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 80-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, aviareyslərin gecikməsi Moskvanın “Vnukovo”,”Domodedovo”, “Şeremetyevo” hava limanlarında qeydə alınıb.

Məlumata görə, bu gün “Vnukovo” hava limanında 3 reys gecikib, 3 reys təxirə salınıb, “Domodedovo” hava limanında 5 reys gecikib, “Şeremetyevo” hava limanında isə 72 reys ləğv edilib, 2 reys gecikib.

Dekabrın 31-də sözügedən hava limanlarında 180-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

Gununsesi.info