Bu gün “Qarabağ” “Atletiko” ilə QARŞILAŞACAQ

  • By admin
  • 18 Oktyabr 2017 10:08
qarabag
Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirəcək.
Gununsesi.info xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya “Atletiko”sunu qəbul edəcək.
“Qarabağ” ilk dəfə İspaniya komandası ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandası ÇL-in və Avropa Liqasının qrup mərhələsində keçirdiyi 10 ev oyunundan 2-də qalib gəlib, 4 dəfə uduzub. “Atletiko” isə ÇL-də keçirdiyi son 10 səfər görüşündən yalnız 3-də qələbə əldə edib. Madridlilər ötən mövsüm qrup mərhələsində 3 səfər oyunundan 2-də qələbə qazanıb.
Çempionlar Liqası, C qrupu, III tur
18 oktyabr
20:00. “Qarabağ” (Azərbaycan) – “Atletiko” (Madrid, İspaniya)
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)
Bakı Olimpiya Stadionu
Xal durumu: “Çelsi” – 6, “Roma” – 4, “Atletiko” – 1, “Qarabağ” – 0.
Gununsesi.info