Bu gün Saakaşviliyə hökm oxunacaq

  • By Günel
  • 17 Mart 2025 07:59

Martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilininin sərhədi qanunsuz keçməsi işi üzrə hökm çıxaracaq.

Gununsesi.info xəbər verir ki, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir.

Hakim Mixail Cincoliyanın sözlərinə görə, qətnamə saat 11:00-da elan ediləcək.

Martın 12-də Tbilisi məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Keçmiş ölkə başçısına qarşı ittiham hələ 2014-cü ildə irəli sürülüb. Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Saakaşvili büdcə pullarını aşpazın xidmətlərinə, yaxta və avtomobillərin icarəsinə, gödəkçələr, paltolar, saatlara, eləcə də botoks və epilyasiya prosedurlarına xərcləyib.
Eks-prezident özü isə istehza ilə hökmü “sürpriz” adlandırıb. “Gödəkçə işi” – siyasət barədə hökmün çıxarıldığı üçüncü məhkəmə işi idi.

Saakaşviliyə qarşı 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və xüsusi təyinatlıların “İmedi” televiziya şirkətinin ofislərinə basqın, habelə sərhədi qanunsuz keçmə ittihamları ilə bağlı araşdırmalar davam edir.

Sonuncu dəfə Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs olunub: o, Ukraynadan bərə ilə qayıdıb, siyasətçi süd məhsulları daşıyan yük maşınında gizlənibmiş.

Gununsesi.info