Bu gün Ümumdünya qan donorları günüdür

  • By admin
  • 14 İyun 2016 09:18

blood donor

Bu gün Ümumdünya qan donoru günü (ÜQDG) qeyd olunur.

Gununsesi.info xəbər verir ki, ilk ÜQDG 14 iyun 2004-cü il tarixində qeyd edilib.

Birinci Ümumdünya qan donoru gününün uğurlu alınması 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının bu günün hər il qeyd olnuması barədə qətnamə qəbul etməsinə səbəb olub.

ÜQDG kampaniyasının 2016-cı ildə mövzusu “qan bizim hamımızı birləşdirir”dir.

Qanköçürmə və qan məhsulları hər il milyonlarla insan ömrünü xilas etməyə kömək olur. Onun köməkliyi ilə ömrü uzatmaq və həyatı təhlükədə olan xəstələr üçün onun keyfiyyətini yaxşılaşdırmaq, mürəkkəb tibbi prosedurları və cərrahi əməliyyatları aparmaq olur.

Hər il dünyada təqribən 108 milyon donasiya qan yığılır. Onun təqribən 50 faizi dünyanın 18 faizinin yaşadığı gəlir səviyyəsi yüksək olan ölkələrin payına düşür.