
Dünya Tv-nin maraqlı layihələrindən biri olan “Birlikdə ” verilişi yenə də marağınıza səbəb olacaq.
Gununsesi.info xəbər verir ki, Ceyran Nəriman və Şəlalə Nərimanın aparıcılığı ilə baş tutan proqramın bu dəfə ki, mövzusu səbr olacaq. Verilişin qonaqları isə müğənni Yaqut Nəriman, meyxanaçı Mehman Əhmədli, Şuşa teatrının aktrisası Ruhiyyə Həsənova və Savaş qrupu olacaq. Aparıcı Ceyran Nərimanın bu həftə tamaşaçılarına sürprizi də olacaq. Bu həftə verilişdən toy sədası da gələcək. Yaradıcı heyətdən Səkinə Comərd subaylığa son deyəcək. Bütün bu maraqlı məqamları qaçırmaq istəmirsinizsə bazar günü 19:30 –da kanalı Dünya Tv-yə çevirin.
Gununsesi.info












