“Bu, həyatımda yaşadığım ən alçaldıcı təcrübə idi” - CENİFER LOPEZİN SEVGİLİSİ - VİDEO

  • Müəllif: admin
  • 03 İyul 2017 18:10

cenifer ve sevgilisi

Dünyaca məşhur amerikalı aktrisa və müğənni Cenifer Lopezlə münasibəti ilə gündəmə gələn Aleks Rodriqez ötən günlərdə Cimmi Fallonın aparıcısı olduğu “Tonight Show”a qonaq olub.

Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, müğənninin sevgilisi, keçmiş idmançı Aleks birlikdə getdikləri Met Ball Qalada başına gələnlərin həyatında yaşadığı ən alçaldıcı təcrübə olduğunu etiraf edib. 41 yaşlı Rodriqez daim Lopezin cangüdəni güman edildiyini bildirərək belə deyib:

“Yankeesdə oynayarkən dünya çempionu oldum, mükafatlar qazandım və çox havalı biri olduğumu düşünürdüm. Amma Ceniferlə birlikdə bütün bunlar dəyişib. Onunla Met Ball Qalaya gedəndə paparassilər mənə “Qarşımızdan çəkil, şəkil çəkməyə çalışırıq” deyə bağırırdı. Bu, yaşadığım ən alçaldıcı təcrübə idi”.

Gununsesi.info