Bu il Amnistiya aktı qəbul ediləcək - SİYASİ MƏHBUSLARIN HAMISI AZAD OLUNACAQ

  • Müəllif: admin
  • 30 Yanvar 2018 15:28

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Amnistiya aktı qəbul ediləcək.

Bu barədə Gununsesi.info-ya hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə böyük əfv sərəncamı və Amnistiya aktının qəbul ediləcək: “Artıq bu istiqamətdə işlər gedir. Bildirilib ki, Novruz bayramı ərəfəsində əhatə dairəsinə görə əvvəlki əfv sərəncamlarından daha fərqli bir sərəncam imzalanacaq. Bundan əlavə, il ərzində Amnistiya aktının qəbul ediləcəyi gözlənilir. Bunlar mütləq olacaq. Ümid edirik ki, həm əfv sərəncamında, həm də Amnistiya aktında siyasi məhbus kimi tanınan şəxslərin demək olar hamısı azad olunacaq”.

Mürtəza 

Gununsesi.info