Bu il Bakıda yol qəzalarında 138 nəfər ölüb

  • By admin
  • 15 Oktyabr 2016 18:01

big_1409914710_qeza

 

Bu il Bakıda baş verən yol qəzalarının statistikası açıqlanıb.

APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, paytaxt ərazisində baş vermiş 490 (ötən ilin müvafiq dövründə 600) yol-nəqliyyat hadisəsində 138 (ötən ilin müvafiq dövründə 175) nəfər həlak olub, 515 (ötən ilin müvafiq dövründə 645) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3%, həlak olanların sayı 21,1%, xəsarət alanların sayı 20,2% azalıb. Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 (-54, 103) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

 

Gununsesi.info