Bu ilin ilk plenar iclasının vaxtı açıqlandı

  • By admin
  • 03 Yanvar 2022 20:06

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, qanunverici orqanın yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Toplantıda parlamentin yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.

 

Gununsesi.info