
Rusiyanın Tolyatti şəhərində qiyməti 4 milyon rubl, təxminən, 70 min dollar olan VAZ-2103 markalı avtomobil marağa səbəb olub.
Gununsesi.info-nun aznews.az-a istinadən verdiyi məlumata görə, avtomobil Viktor Miloxin adlı şəxsə məxsusdur.
Avtomobil 1979-cu ilin istehsalıdır və indiyə qədər şəxsi kolleksiyanın tərkibində qalıb.
Avtomobil cəmi 118 kilometr məsafə qət edib.
Gununsesi.info












