Bu məktəbdə əyani tədris BƏRPA OLUNDU

  • By admin
  • 15 Fevral 2022 09:45

Daha bir məktəb əyani tədrisə qayıdıb.

Bu barədə Gununsesi.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

İdarədən bildirilib ki, 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib. Belə ki, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Gununsesi.info