Bu ölkə Rusiyaya nota verdi

  • By admin
  • 23 Aprel 2022 13:36

Rusiya-Ukrayna müharibəsi davam edərkən Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanının müavini Rüstəm Minnekayev “Ukraynanın cənubunda nəzarətin təmin edilməsinin Moldovada Rusiyanın dəstəklədiyi separatçıların olduğu Dnestryanıya yeni qapı açacağını” söyləməsi bölgədə gərginliyi artırıb.

Gununsesi.info xəbər verir ki, bu açıqlamalardan sonra Moldova Rusiyaya nota verdi.

Moldova Xarici İşlər Nazirliyi açıqlama verərək rus komandirin sözlərinin “narahatedici” olduğunu bildirib və Moskvanı ərazi və suveren hüquqlarına hörmət etməyə çağırıb

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski də Rusiyanın başqa ölkələri işğal etməyə hazırlaşdığını iddia edərək ” Ukrayna hələ başlanğıcdır”  deyib.

Gununsesi.info