Bu ölkədə 1215 nəfər koronavirusa yoluxdu – Dünyanın ən böyük…

  • By admin
  • 01 Aprel 2020 11:26

Dünyanın ən böyük ölkələrindən biri olan Meksikada koronavirusa yoluxma hallarının sayı 1215-ə çatdı, son gün ərzində bir nəfər vəfat etdi.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin nümayəndəsi Xose Luis Alomia xəbər verib.

“Bu günə qədər 1215 təsdiqlənmiş yoluxma halı var, bir xəstə vəfat edib. Ümumilikdə 29 ölüm qeydə alinib”, – L.Alomia bildirib.

Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel ölkə vətəndaşlarının hakimiyyətin sanitar tövsiyələrinə, xüsusilə də könüllü özünütəcridlərə riayət etmələrini yaxşı xəbər adlandırıb. Ötən gün Meksikanın səhiyyə şurası aprelin 30-dək sanitariya sahəsində fövqəladə vəziyyət rejimini elan edərək koronavirus pandemiyasının qarşısının alınması üçün karantin tədbirlərini sərtləşdirib.

Gununsesi.org