Bu ölkədə COVID-19-a görə prezident seçkiləri baş tutmadı

  • By admin
  • 11 May 2020 18:45

Polşada koronavirus pandemiyası səbəbindən mayın 10-da keçirilməsi planlaşdırılan ümumxalq səsverməsi baş tutmayıb.

Gununsesi.org xəbər verir ki, buna səbəb ölkədə COVID-19 virusuna yoluxanların sayının qarşısını almaqdır.

Mayın 10-na planlaşdırılan prezident seçkiləri iyul və ya avqust ayında keçirilə bilər.

Ölkə parlamenti seçkilərin keçiriləcəyi yeni tarixi 2 həftə ərzində təyin edəcək.

Gununsesi.org