Bu ölkədə Ebola virusuna görə məktəblər bağlandı

  • By admin
  • 09 Noyabr 2022 21:18

Uqandada Ebola epidemiyasına görə məktəblər bağlanıb.

Gununsesi.info “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə Uqandanın təhsil naziri Janet Kataha məlumat verib.

Qərar məktəblilər arasında Ebola virusuna 23 yoluxma faktının aşkarlanmasından sonra verilib. Səkkiz xəstə dünyasını dəyişib.

Uqanda hakimiyyəti sentyabrın 20-də ölkədə Ebola virusunun yayıldığını elan edib. O vaxtdan bəri ölkədə 135 yoluxma və xəstəlikdən 53 ölüm qeydə alınıb.

Oktyabrın 15-də virusun yayılmasının qarşısını almaq üçün Uqanda Prezidenti Yoweri Museveni ölkənin ən çox yoluxma halının qeydə alındığı iki mərkəzi bölgədə karantin və 24 saatlıq komendant saatı tətbiq edib.

Gununsesi.info