Bu ölkədə ilin sözü “korrupsiya” seçildi

  • By admin
  • 10 Noyabr 2017 20:18

“Korrupsiya” Braziliyada ilin sözü seçilib.

Gununsesi.info xəbər verir ki, ölkə əhalisi arasında keçirilmiş sorğu bunu deməyə əsas verir.

Bir neçə mərhələdə aparılmış sorğunun yekununda “korrupsiya” sözü reallığa daha uyğun olduğu üçün ilk yeri tutub – respondentlərin 37 faizi bu qənaətdədir.

İkinci və üçüncü sırada, müvafiq olaraq, 26 və 18 faizlə “biabırçılıq” və “böhran” sözləri qərarlaşıb. “Gərginlik” və “dəyişiklik” sözləri isə sonrakı sıralarda yer alıb.

Qeyd edək ki, ötən ilin sonlarında keçirilmiş sorğuda “narazılıq” ilin sözü seçilmişdi.

Gununsesi.info