Bu ölkədə omikronun yeni növü AŞKARLANDI

  • By admin
  • 22 Yanvar 2022 09:55

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha sürətlə yayılan koronavirusunun “omikron” ştammının BA.2 yeni alt növünü aşkar ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

Bildirilib ki, indiyədək ölkədə yeni ştama 426 yoluxma halı qeydə alınıb, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsində aşkarlanıb.

Qeyd olunub ki, BA.2 subvariantına yoluxma dünyanın 40 ölkəsində müşahidə edilib. Hazırda ona yoluxanların ümumi sayı 8 mini ötüb.

Eyni zamanda, məlumdur ki, BA.2-yə ilk yoluxma halları Filippində qeydə alınıb. Onların böyük əksəriyyəti – 6,4 min nəfər olmaqla Danimarkada aşkarlanıb. Həmçinin Hindistan (530), İsveç (181) və Sinqapurda (127) da BA.2 daşıyıcıları müəyyən edilib.

Gununsesi.info