Bu ölkədə PUA-lar həbsxanaya hücum etdi

  • By admin
  • 14 Sentyabr 2021 08:50

Ekvadorun qərbində yerləşən Quayas əyalətindəki həbsxana pilotsuz uçuş aparatların (PUA) hücumuna məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, üç partlayış baş verib, nəticədə həbsxananın tavanı zədələnib. Bildirilib ki, hücum dəstə liderlərinə qarşı yönəlmiş ola bilər.

Azadlıqdan məhrum edilmiş şəxslər və yetkinlik yaşına çatmayan cinayətkarlarla iş xidməti hələlik itki və tələfat barədə məlumat verməyib.

Gununsesi.info