Bu ölkədə qadınlar ordunun aparıcı qüvvəsini təşkil edir – FOTOLAR

  • By admin
  • 24 Aprel 2017 10:30

18143036_1830639273926315_1606239065_n

NATO-ya üzv olan Norveç 1980-ci ildən etibarən qadınlara orduda aparıcı qüvvə kimi əsas tapşırıqlar verir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, burada qadınlardan təşkil olunmuş xüsusi orduya olduqca çətin rejim altında təlimlər keçilir.

Norveçdə əvvəllər döyüşçü əsgərlərin sayı olduqca az idi. Qadınların xüsusi təyinatlı qüvvələrə qoşulma haqqı var idi. Lakin bu yöndə kariyerasını inkişaf etdirən qadınlar azlıq təşkil etdiyindən onlar üçün ayrıca ordu təşkil edilmirdi.

Bir müddət əvvəl sınaq məqsədilə təşkil olunmuş qadınlardan ibarət ordu proqramı artıq uğur qazanmaqdadır. Proqram çərçivəsində təlim görən qadınlar çiyinlərində öz çəkiləri ağırlıqlarında çanta ilə kilometrlərlə yol qət edirlər. Onlar həyatda qalmaq üçün ov edirlər. Qadınlar, həmçinin, düşmən xəttini keçmək üçün təyyarədən paraşütlə atlama dərsləri alırlar. Norveçin xüsusi təyinatlı qüvvələrinin qadın əsgərləri, demək olar ki, kişilərlə eyni təlimləri keçirlər.

18143196_1830639247259651_998266125_n 18143103_1830639240592985_1218833187_n 18142984_1830639257259650_719750976_n 18136987_1830639260592983_499623649_n 18109524_1830639233926319_2113243785_n

Gununsesi.info