Bu ölkədə sirklərdə heyvanlardan istifadə etmək qadağan edildi

  • By admin
  • 02 Noyabr 2019 10:35

Slovakiya höküməti ölkənin bütün sirklərində heyvanlardan istifadə etməyi qadağan edib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “RİA Novosti” yazıb.

Müvafiq qərarı ölkənin Kənd Təsərrüfatı Nazirliyi verib.

Qadağa it, pişik və ev gəlinciklərindən başqa bütün heyvanların şoularda istifadəsinə aiddir. Qanunu pozan şəxslər 20 min avro məbləğində cərimə ödəməli olacaq.

 

Gununsesi.org