Bu ölkədə tualet kağızının satışı 46 faiz artıb

  • By admin
  • 27 Mart 2020 09:22

Rusiyada koronavirusun yayılmasından sonra bəzi məhsullara tələbatın artdığı müşahidə olunur.

Gununsesi.org RT-yə istinadən xəbər verir ki, martın 16-dan 19-dək tualet kağızlarının satışı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 46 faiz artıb.

Bu ilin yanvar ayı ilə müqayisədə isə artım 27 faiz təşkil edir.

Eyni zamanda, ilin əvvəlindən nəm salfet və sabun satışı artıb.

Gununsesi.org