Bu ölkədə yüzlərlə insan ölür – səbəbi isə hələ bilinmir

  • By admin
  • 16 May 2020 11:23

Dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda fərqli ölkələrdə yeni virusların yayılması ilə bağlı məlumatlar paylaşılır.

Yəmənin müvəqqəti paytaxtı Adendə yüzlərlər insanın ölümünə səbəb olan virusun yayıldığı təxmin edilir.

Gununsesi.org “MediaPost”a istinadən xəbər verir.

Lakin bu hələ də bir versiyadır. Həmin versiyaya görə, insanların kütləvi ölümünə səbəb olan virusun adı Çikunquya qızdırması və ya ağciyər vəbasıdır.

Ölkədə ölümlərin səbəbi ilə bağlı hələ də rəsmi açıqlama verilməyib.

“Anadolu Agentliyi”nin xəbərinə görə, hökümətə bağlı adı açıqlamayan bir qaynaq 1-13 may arasında 6-sı hökumət nümayəndəsi olmaqla 623 insanın həyatını itirdiyini açıqlayıb.

Çikunquya qızdırmasının milçəklərin sancması ilə yoluxduğu bildirilib.

Gununsesi.org