Bu ölkənin adı dəyişdirilir

  • By admin
  • 14 Sentyabr 2021 16:53

Yeni Zelandiyanın adı dəyişdiriləcək. Bunun üçün artıq imzatoplama kampaniyasına start verilib.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, Yeni Zelandiyadakı yerli əhalini təmsil edən Maori partiyası ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi üçün petisiya başladıb. Partiyanın liderləri Raviri Vaititi və Debbiye Nqareva-Paker ölkənin adının dəyişdirilməsi ilə bağlı xalqa müraciət ünvanlayıblar.

Maori partiyasının bəyanatında vurğulanır ki, yerli əhalinin dilinin və ölkənin ilk qədim adının özünə qaytarılmasının vaxtı çatıb.

Gununsesi.info