Bu qəbilədə qadınlar çılpaq gəzir -TÜRK SƏYYAHININ MÜŞAHİDƏLƏRİ (FOTOLAR)

  • By admin
  • 02 Noyabr 2016 12:38

qeb1
Gununsesi.info məşhur türk səyyahı Munisə Nilay Kahyaoğlunun “hurriyet.com” saytında yazdığı məqaləsini təqdim edir: 

“Bəzən bir şeyi çox istədiyimizdə problemlərlə qarşılaşır, gördüyümüz çətinliklər səbəbindən istədiyimiz şeyin həqiqətən olub-olmadığını düşünürük. Yerli qəbilələrdən gün batımlarına, okeana qovuşan qumsallardan geyimlərə qədər narıncının əlli tonunu görə biləcəyimiz dünya nağıllarının gizli paytaxtı Namibiya macəraları mənim üçün o cür başladı.
Çox uzun müddət deyil, bəlkə bir il əvvələ qədər xəritədə Namibiyanın harada olduğunu belə göstərə bilmədiyim halda, səyahət edərkən yolda qarşılaşdığım səyyahların fövqəladə bir şeydən bəhs edirmiş kimi bəhs etdiklərini gördükdə yolumu Namibiyadan salıram. Namibiyadan əvvəl də olduğum Cənubi Afrika Respublikasının ən gözəl tərəfi maşın icarəsinin çox ucuz olmasıdır. Beləliklə, həm Cənubi Afrikanı, həm Namibiyanı maşınla kəşf edə bilirəm. Aylarla kütləvi daşıma vasitələrində keçilərlə səyahət etdikdən sonra özəl maşınımda gəzmək həqiqətən lüksdür. Günlük 15 dollara icarə etdiyim kondisionerli maşınım və viza ilə nəhayət yola çıxırıq.
8 saata yaxın maşın sürdükdən sonra Namibiya sərhədinə çatıram. Afrikada maşın icarəyə götürsəniz, gecələr qətiyyən sürməyin. Namibiya hər nə qədər Avropa kimi təmiz, təhsilli və təhlükəsiz ölkə olsa da, işi şansa buraxmayıb, tövsiyələrə qulaq asmağı üstün tuturam. Ertəsi gün səhər çadırdan çıxıb qızılı rəngli gün doğumunu gördükdən sonra daha əvvəl görmədiyim qədər maraqlı bir ölkədə olduğumu anlayıram. Həmin gün qeyd dəftərimə “bunu söyləmək üçün tezdir, bilirəm, amma məncə, Namibiya həyatımda gördüyüm ən gözəl ölkədir” cümləsini qeyd edirəm.
Namibiyada sərhədlərə gedən əsas yol xaricində bütün yollar torpaqdır. Yolda maşın sürərkən saatlarla bir insanla qarşılaşmaq, demək olar ki, mümkünsüzdür. Yollar uzundur, acanda durmaq üçün bir yer olmadığına görə, hansısa bir ağacın altında yemək yeyirəm. Yolda rast gəldiyim çürüməkdə olan maşınların şəkillərini çəkirəm. Maşının təkəri partlayır. Namibiyaya gedən hər kəs kimi mənim də təkər sığortam var, amma təkəri saatlarla dəyişdirə bilməmək, çölün istisində dayanıb, keçən hər maşından kömək gözləmək bu hadisəni unudulmaz edir.
Hər turistin Namibiya üçün lazım bildiyi çadırların qiyməti 80 dollardan başladığı üçün icarəyə götürə bilmirəm. Amma nə vaxt buna sahib olan bir turistlə qarşılaşsam, soyuducudakı ərzaqları, ədviyyatları, masa və stullarını görsəm, həsəd aparıram. Çünki mən həftələrdir ki, nə tapsam onu yeyirəm.
Keçən bir həftədə bir çox möcüzəyə şahid oldum. Orange və Fish River yarğanlıqlarını görürəm. Məşhur Ölü vadidə qurumuş ağaclarla rəqs edirəm. Valvis Bayda təbii şəraitdə yaşayan çəhrayı flaminqoların fotoşəkillərini çəkirəm. Dənizayısı adlanan yeri ziyarət edirəm və üstümə hopan pis qoxular yuyunsam da 2 gün getmir. Oğlaq döngəsindən keçirəm. Dünyanın ən qədim çölündə gün batımını izləyirəm. Kolmanskopda almanların dünya müharibəsindən əvvəl və sonra daş-qaş axtarmaq üçün gəlib, dəbdəbəli şəkildə qaldığı tərk edilmiş evləri gəzirəm.
Avtobus ilə toqquşduğumda maşın sığortam olmadığına görə Namibiyanın paytaxtı Vindhoka gedib, maşını dəyişdirməyə məcbur oluram. Namibiyanın gəliri yüksək olduğundan maşınların icarəsi ucuz deyil. Maşın xərcim 25 dollara qədər yüksəlir. Planım Cənubi Afrikadan icarələdiyim maşını düzəltdirmək və yeni maşınımla yoluma davam etməkdir. Ucuz qiymətə təmirçi tapıb, təkrar yola çıxıram.

Namibiyada qərbə doğru getdikcə yağış və yaşıllıqlar artdığı halda, mədəniyyət geriləyir. Namibiyanın ən qərbi Opuvoya qədər gedib çıxıb Himba qəbiləsini və Hereroları görməyi səbrsizliklə gözləyirəm. Bura turist cəlb edən bölgə deyil. Səyahət xaricində bu yerlərə gələn insanlar da yoxdur. Qəbilələr harada yaşayır, hansı dildə danışır, onlarla necə ünsiyyət quracam, müəmmalıdır. Qəsəbəyə girdikdə minlərlə fərqli geyimli və çılpaq insanları görəndə çox təəccüblənirəm. Onların fotoşəkillərini çəkmək istəyirəm, amma çılpaq olduqları üçün çəkdiyimi düşünərlər deyə narahat oluram.
İllərdir səyahət etdiyimə baxmayaraq, öz mədəniyyətini ən çox qoruyan və işi pul üstündə qurmayan ən mühafizəkar qəbilə Himbadır. Məktəbə getmir, çimmir, dərilərini qəhvə rəngli heyvan yağı ilə qoruyurlar. Ailələr öz uşaqlarına 2-3 yaşında olarkən həyat yoldaşı seçir və 15-16 yaşlarına çatdıqda onları evləndirirlər. Kiçik evlərdə ana, ata, uşaqlar və nəvələri birlikdə yaşayırlar. Qızlar evlənəndə ərinin qəsəbəsinə köçür. Kişilər isə birdən çox qadınla evlənə bilirlər.
Opuvodan sonra Etusho Milli Parkının yanından keçəndə oraya gedib-getməmək mövzusunda qərarsızam. Düzünü desəm, Keniya Masai Maradan sonra heç bir yer maraq vermir. Amma qiymətinin çox ucuz olduğunu öyrəndikdə 5 dollar ödəyib, maşınımla safari həyəcanını yaşayıram.
Qayıdanda iki uşaqla Namibiyaya köçmüş türk səyyah dostumu ziyarət edirəm. Afrikada səyahət edərkən yeni sınaqlar və ətrafa güvəni öyrəndiyim üçün yeni insanlarla ünsiyyətim asanlaşır.
İki həftənin sonunda yeni macəralara çıxmaq ümidi ilə Namibiyanı tərk edirəm. Geriyə evimin hər yerindən asdığım inanılmaz fotoşəkillər qalır”.

qeb2

qeb3
Gununsesi.info