Bu qədər də bənzərlik olmaz: Onu Cennifer Lopez ilə səhv salırlar – FOTOLAR

  • By admin
  • 20 May 2020 13:18

Amerikanın Texas ştatında yaşayan fitness məşqçisi Cenis Gerey İnstaqram fenomeninə çevrilib.

Gununsesi.org Axşam.az-a istinadla xəbər verir ki, buna səbəb isə təkcə onun əzələləri yox, həm də dünyaca məşhur müğənni Cennifer Lopezə bənzəməsidir.

İdmançının fotolarını sosial şəbəkələrdə görənlər onun Cenniferə əkizi qədər oxşadığını qeyd ediblər.

Cenisin sözlərinə görə, onu küçədə də tez-tez müğənni ilə səhv salırlar.

26 yaşlı fitness məşqçisi İnstaqram paylaşımlarının birində Lopezlə görüşmək arzusunda olduğunu da gizlətməyib.

Qeyd edək ki, Cenisin sözügedən sosial şəbəkədə 249 min izləyicisi var.

 

 

 

Gununsesi.org