Bu qadın 23 ildir dırnaqlarını tutmur - FOTOLAR+VİDEO

  • Müəllif: admin
  • 07 Sentyabr 2017 13:10

578793

ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində yaşayan Ayanna Uilyamsın dırnaqlarının uzunluğu 54-56 sm-dir.

Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, onun 10 əl barmağındakı dırnaqların toplam uzunluğu isə 5,48 metrə bərabərdir.

Rəssam Ayanna Uilyamsın adı “Dünyanın ən uzun dırnaqlı qadını” kimi Ginnesin Rekordlar Kitabına düşüb.

A.Uilyamsın dediyinə görə, dırnaqlarını hər gün antibakterial sabunla yuyur, xüsusi fırça ilə təmizləyir.

“Bu dırnaqlar 23 illik zəhmətin məhsuludur. Onları kəsmək niyyətində deyiləm. Adımın Ginnesin Rekordlar Kitabına düşməsi ilə fəxr edirəm. Məni artıq dünya tanıyır. Övladlarıma da deyirəm ki, səbr, həşmət və inadla hər məqsədə nail olmaq mümkündür”, – Ayanna Uilyams söyləyib.

578793_02

578793_04

Gununsesi.info