Bu rayonda əmlaklara kütləvi şəkildə “kupça” verilir -FOTO

  • By admin
  • 22 İyun 2018 13:01

Əmlak Məsələləri Dövlət Komitəsi “Xidmət vətəndaşın ünvanındadır” iyunun 22-də Cəlilabadda kampaniya təşkil edib. Kampaniya zamanı rayonun Cəlilabad və Göytəpə şəhərləri, habelə, Muğan, Qarazəncir, Maşlıq kəndlərinin sakinlərinə ünvanlarda qeydiyyat xidmətləri göstərilib.

Daşınmaz əmlakın qeydiyyatı xidmətini birbaşa olaraq yaşayış ünvanı gətirərək qısa zamanda çıxarışların təqdim olunmasını mümkün edən kampaniya Cəlilabad rayonunun bir neçə kəndini əhatə etdi. Bu da bölgə əhalisinin vaxt itkisi olmadan, rahat şəkildə əlavə məsafə qət etmədən xidmətdən yararlanmasına səbəb oldu. Əmlak çıxarışları mobil ofislər vasitəsilə komitənin mütəxəssisləri tərəfindən bilavasitə ünvanlarda təqdim olundu. Reallaşan kampaniyada 150-ə yaxın sakin əmlak qeydiyyatı ilə bağlı xidmətdən yararlandı. Bundan 80-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olundu. Belə ki, 40-a yaxını kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaq sahələri, 20-ə yaxın həyətyanı torpaq sahələri, 10-a yaxın isə fərdi yaşayış evləri üzərində çıxarışlar təqdim olundu.

Kampaniya zamanı 90 rayon sakinindən ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib. Qəbul edilən ilkin sənədlər də əsasən pay torpaqları, fərdi yaşayış evləri və həyətyani torpaq sahələrinə aid olmuşdur.

 Qeyd edək ki, belə kampaniyalar zamanı əmək fəaliyyətindən uzaqlaşmaq imkanı olmayan məşğul əhaliyə iş yerlərində, fiziki məhdudiyyətli şəxslərə evlərində də çıxarışlar verilir. Bu da birbaşa olaraq onların rahatlığına və vaxtlarına qənaətə istiqamətlənib. Belə xidmətlərin göstərilməsi bölgə sakinlərinin əmlaklarından iqtisadi faydalılıq üçün aktiv istifadə etməsinə, qanunvericiliyə əsasən qeydiyyata alınmış əmlakların sayının artmasına şərait yaradılıb.