Bu rayonda 6 tona yaxın çətənə kolu məhv edildi

  • By admin
  • 27 İyul 2020 11:42

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Bu barədə Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 5 ton 600 kq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info