Bu rayonlarda qaz olmayacaq - SİYAHI

  • By admin
  • 16 Noyabr 2016 09:26

demqazi
“Ağstafa” və “Tovuz” rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında bu gün saat 10:00-dan 17:00-dək cari təmir işləri aparılacaq.
Təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Anar
Gununsesi.info