Bu rayonun yenidən qurma işləri başa çatdı - FOTO

  • By admin
  • 27 Sentyabr 2019 09:52

Goranboyda 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşdırılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Gununsesi.org-a verilən məlumata görə, söhbət Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, həmçinin Gürzallar-Rus Borisi avtomobil yollarından və Qazanbulaq kəndinin giriş yolundan gedir.

Aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb.

Gununsesi.org