Bu şəxslər meymunçiçəyini ağır keçirir

  • By admin
  • 20 İyun 2022 10:15

Xroniki xəstəlikləri və immun sistemində problem olan insanlar meymunçiçəyini ağır keçirirlər.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rusiyalı akademik Vitali Zverev açıqlama verib.

Akademik deyib ki, belə insanlarda bu xəstəlik olduqca asanlıqla irəliləyir: “Afrikada və hətta ABŞ-da ölüm halları da qeydə alınıb. Təxminən 40 nəfər yoluxub və bir neçə ölüm baş verib, lakin bunlar əsasən onkoloji və ya digər ciddi xəstəlikləri olan insanlardır”.

“Əslində yer sincablarının çiçək virusudur. Sadəcə, bir vaxtlar o, Kopenhagen zooparkında təcrid olunmuşdu, bir qrup meymun naməlum infeksiyaya yoluxmuşdu, buna görə də onu meymunçiçəyi adlandırmışdılar. Sonra isə məlum oldu ki, meymunlar bu virusa yer sincablarından yoluxurlar”, – deyə Zverev bildirib.

Gununsesi.info