“Büdcənin itirdiyi hər 4.5 manat neft gəlirinin 1 manatını qeyri-neft sektoru kompensasiya edə bilir” - Rövşən Ağayev

  • By admin
  • 13 Oktyabr 2016 14:22

 

neft-fondu-1

Xəbər verildiyi kimi, 2016-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu dövlət büdcəsinə 3 milyard 260 milyon transfert edib. Cari il üçün Fonddan dövlət büdcəsinə 6 milyard manat transfert proqnozlaşdırılıb. Beləliklə, ilin 3-cü rübündə büdcəyə nəzərdə tutulan transfertin cəmi 54 faiz icra olunub. Qalan vəsaitin növbəti 1 rüb ərzində icra oluna biləcəyi isə mübahisəli görünür. Bir sıra ekspertlərin fikrincə,  bununla, ARDFN xərclərini müəyyən qədər qənaət etmiş olacaq.

Gələn il Neft Fondundan büdcəyə cəmi 3.8 milyard dollar transfert olunacağını nəzərə alsaq, o zaman deyə bilərik ki, Fond büdcəyə transfertlərini ildən-ilə azaltmaq siyasəti tutur.  Bu, büdcəsinin sosial xərclərinin ödənməsində hansı gərginliklər yarad bilər?

Gununsesi.info İqtisadiTəşəbbüslərəYardım İB-nin eksperti Rövşən Ağayevə istinadən bildirirki, transferin ən yüksək məbləği 2013-cü ildə olmuşdu – 14.4 milyard dollar.

İqtisadçının sözlərinə görə, təxminən 4 dəfə azalma var.

rovsen

R.Ağayev deyir ki, həmişə Neft Fondunun büdcəyə transfertinə limit qoyulmasının tərəfdarı olub: “Amma təbii ki, bu büdcə öhdəliklərinin, xüsusilə sosial öhdəliklərin artımını dondurmaq hesabına baş verməməlidir. Büdcənin gəlir və xərclərinin həcmi ilə bağlı hədəf göstəricilər olmalıdı. Bu həcmi hökumət neft yox, qeyri-neft sektoru hesabına formalaşdırmalıdır. Büdcənin hədəf seçilən həcmi elə səviyyədə olmalıdır ki, həkimin, müəllimin maaşı, pensiyaməbləği, tələbə təqaüdü insanlara ləyaqətlə yaşamağa zəmanət versin, gəlirləri inflyasiyaya uyğun indeksasiya etməyə imkan yaratsın”.

R.Ağayev qeyd edir ki, 2017-ci ilin proqnoz rəqəmlərinə baxsaq, 2013-cü ilə nisbətən dövlət büdcəsinin neftgəlirləri təxminən 7 milyardmanatazalma var, amma həmin dövrə nəzərən qeyri-neft sektorundan yığım cəmi 1.5 milyard manat artıb: “Yəni dövlət büdcəsinin itirdiyi hər 4.5 manat neft gəlirinin cəmi 1 manatını qeyri-neft sektoru kompensasiya edə bilir. Azalan gəlirlərə uyğun da xərclər ixtisar olunur.

Nəticədə isə 2013-cü ilə nisbətən yaşayışın dəyəri ən azı 40-45% bahalanır, amma büdcədən ödənən maaş, müavinət və pensiyaların məbləği elə 2013-ün səviyyəsində qalır.

Büdcə öhdəlikləri ixtisar olunur, gəlirlər inflyasiya tempinə uyğun indeksasiya olunmur.

Bunun da daha pis nəticəsi: indi bizdə maaş və pensiyaların, adam başına sosial xərclərin dollarla məbləği ovuciçi boyda saydığımız Gürcüstanda da xeyli azdır”.

“Hökumətin Neft Fondunu qoruması ölkənin strateji maraqlarını düşündüyündən yox, sırf hakimiyyət maraqlarından doğur. Hər kəs bir həqiqəti bilməlidir: siyasi hakimiyyətin dayanıqlılığı ilə Neft Fondunun aktivlərinin həcmi arasında bir başa düz əlaqə var”-deyən iqtisadçı canlı örnək olaraq, Beynəlxalq Banka 1 milyard dollarlıq yardımı göstərdi: “Beynəlxalq Banka təcili 1 milyard dollar lazımidi, heçkimə möhtac olmadan Neft Fondu köməyə çatdı. Sabaha istənilən təcili valyuta ehtiyacları belə qarşılanacaq.

Mərkəzi Bankın valyutaya ehtiyacı yaranacaq, hüquqi mexanizmləri dəyişməklə Fonddan Mərkəzi Banka ehtiyatların da transferti mexanizmi tapılacaq. Gələcəyi istər siyasi, istərsədə iqtisadi baxımdan doğru proqnozlaşdırmaq istəyiriksə, realist olmalı, obyektiv analiz aparmalıyıq.

Neftin qiymətinin 35-40 dollardan aşağı düşməyəcəyi şəraitdə ehtiyatlar hökumətin özünü rahat hiss edəbiləcəyi həcmdədir (ənazıyaxın 3 il üçün). Amma bu reallığı da çılpaqlığı ilə demək lazımdır ki, korrupsiya hesabına xeyli əriyən ehtiyatları artıq hökumətin sanların sosial baxımdan durumunun ağırlaşması hesabına nəinki qoruya, hətta artıra bilir. Artan ehtiyatlar hökumətin yerinə yetirmək istəmədiyi sosial öhdəliklərin dəyəridir”.

Vüsalə Rüstəmova

Gununsesi.info