Büdcəyə gömrük daxilolmaları artıb

  • By admin
  • 16 Mart 2017 17:30

gomruk

Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 368 mln. 901,50 min manat daxil olub.

Gununsesi.info komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 125 mln. 639,14 min manat və ya 51,65% artıb.

Bu ilin iki ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 98 mln. 527,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 254 mln. 424,30 min manat, aksizlər üzrə 11 mln. 37,90 min manat, yol vergisi üzrə isə 4 mln. 911,50 manat təşkil edib.

Gununsesi.info