Büdcəyə neft daxilolmaları 1.4 milyard manat azalacaq

  • By admin
  • 01 Dekabr 2016 15:40

 

neft-fondu-1

Neft sektorundan daxilolmaların dövlət büdcəsi gəlirlərində 2016-cı ildə proqnozlaşdırılan 54.8 faizdən, 2017-ci ilin proqnozlaşdırılan dövlət büdcəsində 49.2 faiz-dək azalma gözlənilir.

Gununsesi.info bunu Hesablama Palatasının 2017-ci ilin dövlət büdcəsində dair rəyinə istinadən bildirir.

Hesablama Palatasının rəyinə görə, 2017-ci ildə neft sektorundan daxilolmalar 7.8 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, 2016-cı ilin proqnozunda bu rəqəm 9.2 milyard manat təşkil edir.

Bu daxilolmalardan:

– Dövlət Neft Fondundan (DNF) transfert 6.1 milyard manat

– ARDNŞ-in vergi ödənişlərindən 1.2 milyard manat

– Hasilatın Pay Bölgüsü üzrə mənfəət vergisindən- 475 milyon manat.

2017-ci il üçün proqnozlaşdırılmış azalma əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertin  həcminin əvvəlki illə müqayisədə 20 faiz az proqnozlaşdırılması ilə bağlıdır.

DNF-nin transfertinin dövlət büdcəsi gəlirlərindəki payı 45,3%-dən 38,2%-dək azalıb. Bu addım makro-fiskalçərçivənin balanslaşdırılması ilə yanaşı DNF-nin aktivlərinin qorunmasına da xidmətedəcəkdir.

Dövlət büdcəsində neftin qiyməti 40 ABŞ dolları məbləğində götürülüb.

Təhlil göstərir ki, yalnız DNF-nin gəlirləri nəzərə alınmadan hesablanan qeyri-neftbüdcə kəsirinin qeyri-neft ÜDM-ə faiz nisbəti 23,1%, bütün neft komponentləri nəzərəalınmaqla 27,3% nisbətində proqnozlaşdırılıb.

Vüsalə Rüstəmova

Gununsesi.info