Bülent Kayabaşın ölüm xəbəri İbrahim Tatlısəsi sarsıtdı - VİDEO

  • By admin
  • 19 Aprel 2017 23:15

bulent kayabas ibo

Türkiyənin məşhur aktyoru Bülent Kayabaşın ölüm xəbəri hamı kimi müğənni İbrahim Tatlısəsi də kədərləndirib.

Gununsesi.info-nun haberler.com-a istinadən verdiyi xəbərə görə, ifaçı Bülentlə birgə çəkildiyi “Sevdalandım” filmindən bir parçanı sosial media hesabında yerləşdirərək yazıb:

“Aktyorluğu ilə insanların qəlbində yer alan Bülent qardaşımızı itirdik deyə kədərliyəm. “Sevdalandım” filminin yaraşıqlı “Rıza”sı… Məkanın cənnət olsun… Bülent qardaşıma Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirəm…”.

Qeyd edək ki, B.Kayabaş bu gün müalicə aldığı xəstəxanada vəfat edib. 72 yaşlı aktyor bir müddət idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Gununsesi.info