Bulvar ərazisində kişi meyiti tapıldı

  • By admin
  • 12 Aprel 2018 12:08

Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi meyiti aşkar edilib. Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info